Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda toy neçəyə başa gəlir?!

Abunə olmaq

Son illər Azərbaycanda toylar adət halından çıxaraq bahalı və dəbdəbəli mərasimlərə çevriliblər. Ailə qurmaq istəyən orta statistik azərbaycanlı üçün toy mərasimlərinin ucuz və ya baha başa gəlməsinin əhəmiyyəti yoxdur. Əsas odur, toy olsun və o toya mümkün qədər çox qohum-əqrəba, dost-tanış cəlb edilsin ki, toyun xərci kirəsini ödəsin. 

Ramazan ayında ölkədə toylar səngisə də, bu mərasimlərin böyük əksəriyyəti Ramazandan sonraya planlaşdırılıb. Artıq çox adamın evinə toy dəvətnamələri göndərilib. Bəs görəsən Azərbaycanda toy ümumiyyətlə orta statistik azərbaycanlıya neçəyə başa gəlir? Yaxud azərbaycanlılar bu mərasimlərə nə qədər pul xərcləyirlər? Bu barədə ətraflı məlumatlarla Sputnik Azərbaycanın hazırladığı İnfoqrafikada tanış ola bilərsiz. 

Xəbər lenti
0