SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: Azərbaycanlılar da Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını istəyir

© Sputnik / Murad OrujovЭльхан Шахиноглу, политолог, руководитель аналитического центра "Атлас"
Эльхан Шахиноглу, политолог, руководитель аналитического центра Атлас - Sputnik Azərbaycan
Abunə olmaq
"Atlas" Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə-Rusiya və Türkiyə-İsrail barışığının Azərbaycana təsiri və bu nöqteyi-nəzərdən Cənubi Qafqaz regionunda baş verənlərin perspektivləri müzakirə olunub.

BAKI, 8 iyul — Sputnik. İyulun 8-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Türkiyənin Rusiya və İsraillə barışığı: davamı nə?" mövzusunda mətbuat konfransı keçirilib. 

Sputnik xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə-Rusiya və Türkiyə-İsrail barışığının Azərbaycana təsiri və bu nöqteyi-nəzərdən Cənubi Qafqaz regionunda baş verənlərin perspektivləri müzakirə olunub.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, son günlər Türkiyənin xarici siyasətində çox böyük dönüş əmələ gəlib: “Davudoğlu getdi, Binəli Yıldırım Türkiyənin baş naziri təyin olundu. İlk gündən Binəli Yıldırımın verdiyi açıqlama budur: “Biz düşmənlərin sayını azaltmalı, dostların sayını artırmalıyıq”. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Eyni gündə həm İsraillə normalaşma sənədi imzalandı, həm də Ərdoğanın Putin-ə yazdığı məktub açıqlandı”. 

O, deyib ki, Türkiyənin İsrail və Misirlə münasibətlərin pozulması doğru siyasət deyil: “Burada şəxsi məsələlər ön planda olmamalı idi. Misirdə hakimiyyətdə “Müsəlman Qardaşları” idi və general Sisi onları devirdi, tənqid olundu. Amma müəyyən reallıqlar var. Misir Ərəb dünyasının liderlərindən biridir. Bu ölkə ilə münasibətləri bir nəfərə görə soyutmaq olmaz. Amma Türkiyədə hakimiyyətdə olan bəzi şəxslər bu münasibətlərin soyumasına getdi. Türkiyə hökuməti Qəzzanın mühasirə məsələsinə görə çox ciddi İsraili tənqid etməyə başladı. İsrail də daha sonra “Mavi Mərmərə” hadisəsini törətdi, münasibətlər korlandı”. O, qeyd edib: “Çox yaxşı haldır ki, artıq Ərdoğanın özünün də ritorikası dəyişib. Yəqin ona da aydın olub ki, şəxsi hissləri milli və təhlükəsizlik maraqları ilə kəsişdirmək olmaz. Önəmli olan ölkənin milli və təhlükəsizlik maraqlarıdır. Türkiyənin milli və təhlükəsizlik maraqları Rusiya ilə strateji tərəfdaşlığı, Misirlə, İsraillə tərəfdaşlığı diqtə edir.  Artıq Rusiya və İsrail ilə münasibətlər normallaşma yoluna qədəm qoyub. Artıq Türkiyənin  Misir istiqamətində də müəyyən addımlar atacağı xəbərləri də gəlib. Türkiyə çox gərgin bir bölgədə yerləşir. Hər tərəfdən problemlərlə üz-üzədir”. 

Politoloq bildirib: “Rusiya ilə münasibətlərə gəldikdə, Mərkəzimin müəyyən sorğuları var idi. Bu sorğuların nəticələri da göstərir ki,  Azərbaycan vətəndaşları da Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını istəyir. Hər iki ölkə ilə bizim çox sıx əlaqələrimiz var. Bu münasibətlərin pozulması bizə də mənfi təsir edir. Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsir edə bilərdi”. 

O, qeyd edib ki, ümumilikdə bu barışıq Cənubi Qafqazda müsbət bir atmosfer yaradıb: “Gələcəkdə Rusiya-Türkiyə münasibətləri əvvəlki axarına qayıdarsa, birgə Cənubi Qafqazda səyləri də ola bilər. Hətta, Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edə bilər.  Bu barışıq baş verərsə, Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, əslində bölgədə çox sıx əməkdaşlıq qurmaq olar. Cənubi Qafqaz ölkələri üstəgəl Rusiya və Türkiyə. Bu, hamının xeyrinədir, hamı qazanacaq. Hətta Ermənistan özü də qazanacaq. Türkiyə-Rusiya barışığının genişlənməsi Azərbaycanla yanaşı, bölgənin də xeyrinədir. Bölgənin sabitliyə və inkişafa ehtiyacı var”. 

Xəbər lenti
0