BAKI, 8 iyul-Sputnik. Gürcüstanın Abaşistskali gölündə batan yeniyetmənin axtarışını həyata keçirən dalğıc özü boğulub.
Sputnik "Online Gürcüstan"-a istinadla xəbər verir ki, batan dalğıc Gürcüstan Dalğıc Federasiyasının prezidenti Elquca Camrişvilidir.
Çayda axtarışları davam etdirən xilasedicilər nə onun, nə də yeniyetmənin meyitini tapa bilmirlər. Dünəndən davam edən əməliyyatı hava şəraiti daha da çətinə salıb.
Axtarışda Fövqəladə Vəziyyət İdarəsinin əməkdaşları və xilasedicilər iştirak edirlər.