Sən möcüzəsən...

© AP PhotoArtur Konan Doyl 1923-cü ildə
Artur Konan Doyl 1923-cü ildə - Sputnik Azərbaycan
Abunə olmaq
86 il əvvəl bu gün dahi şotland yazıçısı Artur Konan Doyl vəfat edib

BAKI, 7 iyul — Sputnik. Məşhur britaniyalı (şotland) yazıçısı Artur Konan Doyl 22 may 1859-cu ildə Şotlandiyanın Edinburq şəhərində doğulub. Atası ingilis Çarlz Altamont Doyl, anası isə irlandiyalı Meri Foley idi. Soyadı "Konan Doyl" olsa da, bu mürəkkəb soyadın mənşəyi bilinmir.

Yazıçı Əziz Nesin - Sputnik Azərbaycan
Əziz Nesinin son günü

Mənbələrdən birində Artur və bacısı Annetanın mürəkkəb soyadlarını böyük əmiləri olan jurnalist Maykl Konandan götürdüyü qeyd olunur. 1885-ci ildə evinin çölündəki düyü lövhədə və həkim kitabçasındakı imzada adının "A. Konan Doyl" olaraq yazıldığını bildirir. Lakin 1901-ci il əhali siyahıyaalması kimi digər qaynaqlar Konan Doylun soyadının "Doyl" olduğunu və ancaq illər sonra "Konan Doyl" olaraq istifadə etdiyini xəbər verir.

Artur 1882-ci ildə Portsmouthda həkim kimi fəaliyyətə başladı. İlk dövrlərdə peşəsində çox müvəffəqiyyətli deyildi; otağında xəstə gözləyərkən təkrar hekayələr yazmağa başladı. İlk əhəmiyyətli əsəri, 1887-ci ildə "Beeton's Christmas Annual"da basılmış olan "Qırmızı Fayl" adlı hekayə idi. Bu hekayə Şerlok Holmsun ilk dəfə göründüyü hekayə olma xüsusiyyətini daşımaqdadır və xarakter qismən universitetdəki professorlarından biri olan Cozef Bellə bənzəməkdədir. Şerlok Holmsun göründüyü digər hekayələr Strand adlı jurnalda basılacaqdı.

Yazıçı 7 iyul 1930-da Konan Doyl ailə bağçasında əlini sinəsinə tutaraq özündən getdi. Dərhal sonra infarktdan öldü və Hempşirdə Minsteddəki kilsənin bağçasında dəfn olundu. Son sözlərini həyat yoldaşına demişdi: "Sən möcüzəsən".

Məzar daşında bu sözlər yazılmışdır:
Polad kimi dürüst
Bıçaq kimi iti
Artur Konan Doyl
Cəngavər
Vətənpərvər, həkim və ədib.

Xəbər lenti
0