BAKI, 7 iyul — Sputnik. 7 iyul 1929-cu ildə İtaliyanın lideri Benito Mussolini ilə Roma Papası arasında əldə olunan razılıq nəticəsində Vatikan dövləti qurulub.
Vatikan — müstəqil dövlət-şəhər və Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzidir. Başçısı Roma Papasıdır.
Vatikan şəhər-dövlətinin yaranması 7 iyun 1929-cu ildə imzalanmış Lateran müqaviləsi ilə bağlıdır. İtaliya hökuməti ilə imzalanan "Lateran sazişi"nə əsasən, paytaxt Roma şəhərinin Monte-Vatikano adlanan hissəsində Vatikan dövləti yaranıb.
Sahəsi 44 hektar, əhalisi isə cəmi 1000 nəfərə yaxın olan Vatikan dünyanın ən kiçik dövləti sayılır. Paytaxtı Vatikan şəhəridir. Vatikan bütün dövlət atributlarına malikdir, dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır. BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir.
Vatikan monarxiya olsa da, hakimiyyət irsi xarakter daşımır. Yəni dövlətə, kardinallar tərəfindın seçilmiş şəxs — Roma yepiskopu başçılıq edir.
Dünyanın ən kiçik ölkəsi olan Vatikan, qanunlara görə, ordu yarada bilmir. Vatikan 110 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir (2013-cü ilə olan məlumata görə). Onlar həm Papanı, həm də Vatikan sarayını qorumalıdırlar. Şəhər isə ümumilkdə İtaliyanın himayəsi altındadır.
Vatikanın adı Mons Vatikanus təpəsindən götürülüb, latınca-vaticinia-"falçı yeri" deməkdir. İdarə etmə forması — Mütləq teoloji monarxiya. Dövlət başçısı — Roma papası, ömürlük seçilir. Ali qanunverici orqanı- Birpalatalı Papa Şurası.