Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan böyük gəlir əldə edəcək

© Sputnik / İgor Ageyenko / Mediabanka keçidDəmir yolu. Arxiv şəkli
Dəmir yolu. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ölkəmizin xeyrinədir. Nəqliyyat, tranzit daşımalarından Azərbaycan infrastruktur rentası götürəcək"

BAKI, 7 iyul — Sputnik. ""Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi alternativ bir dəhlizdir. Bu, ilk öncə Rusiya ilə İranın ideyası idi ki, yüklər Şərqdən İrana, oradan Xəzər üzərindən Rusiyaya, oradan da Avropaya daşınsın. Bu dəhliz həm də "Şərq-Qərb" dəhlizinə alternativdir".

© Photo : UNECAnar Rzayev
Anar Rzayev - Sputnik Azərbaycan
Anar Rzayev

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev Sputnik-ə açıqlamasında deyib. O "Şimal-Cənub" dəhlizinin "Şərq-Qərb" dəhlizinə rəqib olduğunu da qeyd edib.

"Hər ikisinin, istənilən halda Azərbaycandan keçməsi çox mühümdür. İkincisi, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəsində də rolu böyükdür. Çünki, yüklər Hind okeanından İrana daxil olaraq dəmiryolu ilə Bakıya hərəkət edəndən sonra, heç də vacib deyil ki, onlar bir də Rusiyaya hərəkət etsin. Bakıda onlar Bakı-Tbilisi-Qars ilə Avropaya daşına bilər. Azərbaycan bundan da istifadə edə bilər", — deyə ekspert bildirib.

A. Rzayevin sözlərinə görə, hər iki nəqliyyat dəhlizinin aktivləşməsi, yükdaşımaların artması Azərbaycanın xeyrinədir: "Nəqliyyat, tranzit daşımalarından Azərbaycan infrastruktur rentası götürəcək".

İqtisadçı qeyd edib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ildə bağlanıb: "Bu o demək deyil ki, başqa ölkələrin yükləri üçün bu dəhlizdən istifadə edilməyəcək. İstənilən başqa ölkənin yüklərinin onun üzərindən keçməsinə şərait yaradılır. Yüklər Şərqdən Qərbə daşınacaq və əsasən yarımxammal, yarımfabrikatlar ixrac olunur. Qərbdən də Şərqə daha çox yüksək texnoloji avadanlıqlar ixrac olunur".

"Ümumiyyətlə, Şərqlə Qərb arasında il ərzində təxminən 40 milyona yaxın konteyner hərəkət edir. Bu konteynerlər yükləri daşıyırlar. Azərbaycan burada idxalçı və ixracatçı kimi çıxış etmir. Biz burada nəqliyyatçı kimi çıxış edirik. Qanuna uyğun olaraq hansı yüklərin daşınmasından asılı olmayaraq, biz infrastruktur rentamızı almağa hazırıq", — mütəxəssis vurğulayıb.

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan, Rusiya və İran arasında üçtərəfli sənəd imzalanıb

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub.

Onu da deyək ki, Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan tərəfinin Astara (Azərbaycan) — Astara (İran) birləşdirici xəttinin tikintisində, İran tərəfinin Qəzvin-Rəşt birləşdirici xəttinin tikintisində gördüyü işlər, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbaycan-İran-Hindistan marşrutları üzrə və əks istiqamətdə yük daşınma həcminin artırılmasında "Rusiya Dəmir Yolları" ASC-nin iştirakı, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də "Rusiya Dəmir Yolları" ASC-nin iştirak şərtləri müzakirə olunub.

Xəbər lenti
0