"Ərdoğanla zarafat etdim, ciddiyə aldı"

© REUTERS / Umit BektasKamal Kılıçdaroğlu, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri
Kamal Kılıçdaroğlu, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri - Sputnik Azərbaycan
Abunə olmaq
CHP lideri Kılıcdaroğlu əməliyyatdan sonra prezident Ərdoğanı ziyarət etdiyini bildirib

BAKI, 6 iyul — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu etdiyi zarafatların Türkiyə prezidenti Ərdoğan tərəfindən anlaşılmadığını söyləyib. Sputnik haber3-ə istinadla xəbər verir ki, Kılıcdaroğlu, Ərdoğan əməliyyat olduqdan sonra onu ziyarətə getdiyini deyib.

"Əməliyyatla bağlı səs telləri zərər gördüyü üçün səsi qısılmışdı. Səbəbinin əməliyyat zamanı anesteziya üçün boğazına qoyulmuş xortum olduğunu dedi. Mən də zarafat olsun deyə, "o xortumu boğaza endirən həkim CHP-lidir" dedim. Amma Ərdoğan bu zarafatı anlamadı və "həqiqətən CHP-lidirmi?" dedi. Yalnız zarafat olsun deyə söylədim. Amma Ərdoğan ciddiyə aldı".

Xəbər lenti
0