BAKI, 6 iyul — Sputnik. ABŞ prezidentliyi uğrunda yarışan Respublikaçı Donald Tramp və Hillari Klinton arasında mübarizə həlledici mərhələyə keçib. Belə ki, Demokrat Partiyasından olan xanım Klinton rəqibi Respublikaçı Trampı 13% səslə geridə qoyur.
Onlar arasındakı əvvəlki fərq 11 faiz idi. Sputnik Washington Times-a istinadən bildirir ki, keçirilən exit-poll nəticələrinə görə, əgər yarış bu tempdə davam edərsə, Birləşmiş Ştatların yeni prezidenti H. Klinton olacaq.
"Ipsos" şirkətinin son bir həftə ərzində apardığı birgə sorğunun nəticələrinə əsasən, Klintona seçicilərin 46%-i, Trampa isə 33%-i səs verə bilər.