Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gürcüstandan Azərbaycana idxal olunan 9,2 ton nektarin və şaftalı geri qaytarılıb

© Photo : dfnx.gov.azKaliforniya qalxanlı yastıcasına yoluxmuş şaftalı
Kaliforniya qalxanlı yastıcasına yoluxmuş şaftalı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası aşkar edilib

BAKI, 6 iyul — Sputnik. Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb.

Taxıl zəmisi. Arxiv şəkli - Sputnik Azərbaycan
Bu məhsulların Azərbaycana idxalı qanunla qadağan edildi

Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi, ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.

 

Xəbər lenti
0