Ramazan ayı müsəlmanların ay təqviminə (Hicri-qəməri) görə, doqquzuncudur. Bu zaman inanclı insanlar səhər duaları ilə yemək və su içməyi dayandırırlar. Günəş batandan sonra isə axşam duaları ilə oruclarını açırlar. Ramazan ayında tutulan oruc İslamın beş əsas şərtindən biridir.
Bu bayram günlərində müsəlmanlar bir-birilərini təbrik edir, bir-birilərinə qonaq gedirlər.
Birlik və firavanlıq bayramı sayılan Ramazan hər kəsi mərhəmətə və xeyirxahlığa səsləyir.