CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dünyanın heç bir yerində bu cür vəhdət yoxdur"

© Sputnik / Orujov MuradHacı Allahşükür Paşazadə Təzəpir məscidindəki bayran namazından sonra çıxış edir
Hacı Allahşükür Paşazadə Təzəpir məscidindəki bayran namazından sonra çıxış edir - Sputnik Azərbaycan
Abunə olmaq
Allahşükür Paşazadə: "Bu gün müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycanda həm sünni, həm də şiə məzhəbinin nümayəndələri Ramazan bayramını eyni gündə qeyd edib, eyni vaxtda bayram namazı qılıblar"

BAKI, 6 iyul — Sputnik. "İndiyədək sünni və şiə təriqətlərinin nümayəndələri başqa dövlətlərin təsiri nəticəsində bayramları fərqli günlərdə qeyd edirdilər. Bu gün müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycanda həm sünni, həm də şiə məzhəbinin nümayəndələri Ramazan bayramını eyni gündə qeyd edib, eyni vaxtda bayram namazı qılıblar".

Təzəpir məscidində bayram namazı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bayram namazı qılındı

Sputnik xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə, bu gün "Təzəpir" məscidində bayram namazından sonra  jurnalistlərə açıqlamasında deyib. "Biz bu gün bərabərik. Bu gün biz bir yerdə namaz qıldıq. Bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur", — QMİ sədri bildirib.

Onun sözlərinə görə, Şamaxı Rəsədxanasının verdiyi vaxta uyğun olaraq birinci dəfədir ki, bütün Azərbaycan məscidlərində birlikdə bir gündə namaz qılınıb: "Bu da bizim vəhdətimizi göstərir".

"Dünyanın heç bir yerində bu cür vəhdət yoxdur. Bu, ancaq Azərbaycandadır. Bizim bir yerdə olmağımız vacibdir, çünki bizim böyük düşmənimiz var, Qarabağ boyda dərdimiz var", — A. Paşazadə vurğulayıb.

Şeyxülislam daha sonra deyib: "Əgər biz birlikdə olsaq, heç bir kəs bizə güc gələ bilməz. Bəzi dövlətlər çalışırlar ki, təxribat yaratsınlar, məzhəb ayrı-seçkiliyi yaratsınlar. İnşalah bu, alınmaz. Çünki bu vəhdəti heç kim qıra bilməz".

Xəbər lenti
0