İsrail parlamenti qondarma "erməni soyqırımı"nın tanınması məsələsini gündəmdən çıxardı

© AP Photo / Ariel Schalitİsrail Parlamenti Knessetin iclası. Arxiv şəkli
İsrail Parlamenti Knessetin iclası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Knesset məsələni müzakirə etsə də, səsverməyə çıxarmayıb, çünki hökumət nümayəndəsi məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif edib

BAKI, 6 iyul — Sputnik. Uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı məsələ iyulun 5-də İsrail Knessetinin plenar iclasında səsverməyə çıxarılmayıb. Bu barədə APA "news.am" saytına istinadən xəbər verir.

Məlumata görə, Erməni Apostol Kilsəsinin Yerusəlim yeparxiyasının nümayəndəsi Koryun ata bildirib ki, Knesset məsələni müzakirə etsə də, səsverməyə çıxarmayıb, çünki hökumət nümayəndəsi məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif edib.

Onun sözlərinə görə, iclasın gedişində erməni və yəhudilərdən ibarət qrup Knessetin qarşısında "soyqırım"ın tanıması tələbi ilə etiraz aksiyası keçirib.

Xəbər lenti
0