BAKI, 5 iyul — Sputnik. Türkiyənin Ordu vilayətində leysan yağışları nəticəsində əmələ gələn sel və torpaq sürüşməsi 10 evi, bir neçə körpünü dağıdıb. Sputnik Sabah-a istinadən xəbər verir ki, təbii fəlakət vilayətin Fatsa, Perşembe, Gürgentepe və Çatalpınar rayonlarında yaşanıb.
Xəbərə görə, bölgədə 16 yerdə torpaq sürüşməsi qeydə alınıb, bəzi sənaye ərazilərində iş yerlərini və avtomobilləri su basıb.