BAKI, 5 iyul — Sputnik. Sadəcə son həftə ərzində Yaponiyada anomal istilər səbəbilə üç minə yaxın insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Sputnik Versia.ru-ya istinadən xəbər verir ki, xəstələrdən 6-sı arıtq dünyasını dəyişib.
Yaponiyanın əksər bölgələrində havanın temperaturu 39 dərəcəyədək yüksəlib. Keçən il bu ölkədə anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi.
Ölkədə isti hava temperaturunun bu il də yüksək həddə çatacağnı proqnozlaşdıran meteoroloqlar əhaliyə müəyyən saatlarda çölə çıxmamağı məsləhət görüb.