BAKI, 5 iyul — Sputnik. Ramazan bayramının qeyd olunduğu Hicri-Qəməri Şəvval ayının 1-i Ayın ərazilərimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf edəcək. Bu barədə Sputnik-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Buna görə, bayram namazı iyulun 6-da qılınacaq. Bayram namazı Bakının Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8:00-da qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazına Təzəpir məscidində qatılacaq.
Qarşıdan gələn Bayramınız mübarək olsun!