BAKI, 4 iyul — Sputnik. İstanbulun Atatürk Hava Limanındakı terror aktı ilə əlaqədar şübhəli bilinən, 11-i əcnəbi olmaqla 16 nəfərin istintaq işi yekunlaşıb. Sputnik Report-a istinadən xəbər verir ki, iyulun 1-2-də İstanbul Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şübhəlilər Bakırköy rayon ədliyyəsinə aparılıb.
Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər dünyasını dəyişib, 250-yə yaxın insan xəsarət alıb və ya zərər çəkib.