BAKI, 4 iyul — Sputnik. İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyada Bəşər Əsəd rejiminə bağlı ordu mövqelərinə zərbələr endirib. Sputnik Reuters-ə istinadən xəbər verir ki, hadisə bu gün səhərə yaxın baş verib.
İsrail tərəfinin məlumatına görə, hava zərbələri, Suriya ərazisindən iki ölkənin qoşunları arasındakı bufer zonanın atəşə tutulmasından sonra endirilib.