BAKI, 4 iyul — Sputnik. Türkiyəli tarixçi Kadir Mısıroğlu məşhur ingilis şairi Uilyam Şekspir haqda maraqlı iddia ortaya atıb. Sputnik timeturk-ə istinadən xəbər verir ki, tarixçi Şekspirin ingilis olmadığını, əsl adının Şeyx Pir, özünün də müsəlman olduğunu deyib.
"İngiltərəyə üz tutanlar çox yaxşı bilirlər ki, o millətdə Şekspir adı yoxdur. Heç vaxt da belə bir ada rast gəlinməyib. Tam əminliklə deyirəm ki, həmin şair müsəlman olub", — tarixçi bildrib.
Onun sözlərinə görə, sadəcə olaraq ingilislərin danışıq dili şərqlilərdən fərqli olduğu üçün, ona Şekspir deyiblər: "Əslində Şekspir yox, Şeyx Pirdir, adının mənası da ustad deməkdir".
K. Mısıroğlunun iddiasına görə, Şeyx Pir (Şekspir) gizli müsəlman olub: "500 il öncə yazdığı bir teatr səhnəsini azyaşlı ingilislər belə, rahat anlayır və başa düşürlər".