Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ərdoğandan təhlükəli gediş: analitiklər "həyacan təbili" çalırlar

© AP Photo / Lefteris PitarakisTürkiyənin Qaziantep vilayətindəki Nizip qaçqın düşərgəsinin sakinləri
Türkiyənin Qaziantep vilayətindəki Nizip qaçqın düşərgəsinin sakinləri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə suriyalı qaçqınlara vətəndaşlıq verilə bilər. Araşdırmaçılar gözlənilən qərarın ölkənin gələcəyi üçün ciddi risk daşıdığını bildirirlər.

BAKI, 4 iyul — Sputnik. "Türkiyədəki suriyalı qaçqınlara vətəndaşlıq verilməsi məsələsi son dərəcə ciddi bir mövzudur. Bununla bağlı nə qədər insana vətəndaşlıq verilməsi və hansı kriteriyalar nəzərdə tutulub, bilmirik. Əgər bütün suriyalı qaçqınlar nəzərdə tutulubsa, Türkiyədə çox ciddi böhranlar yaşana bilər".

© © Mehmet Öztarsunun şəxsi arxivindənMehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri  - Sputnik Azərbaycan
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri

Bunu Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu Sputnik-ə açıqlamasında deyib. Onun sözlərinə görə, bütün dünyada vətəndaşlıq əldə etmək üçün kriteriyalar mövcuddur və bu heç də asan bir məsələ deyil: "Çalışmaq və yaşamaq icazəsi verilə bilər, amma vətəndaşlıq tamamilə ayrı bir mövzudur. Fərqli ölkələrdə evlənmə olsa belə, o ölkənin qaydalarına görə bir neçə kriteriyalara da cavab vermək lazımdır".

"Türkiyə əhalisinin sayının üzərinə 3 milyon nəfərin, hətta bu mədəniyyətə və dilə yad olan bir toplumun gəlməsi uzun müddətə çox böyük problemlər yaradacaq. Mövcud şərtlərdə öz vətəndaşına xidmət etməkdə çətinlik çəkən dövlətin 3 milyon insanı vətəndaşlığa qəbul etməsinin nəticələrini proqnozlaşdırmaq belə, çox çətindir", — politoloq bildirib.

© Arastun OrujluƏrəstun Oruclu, politoloq
Ərəstun Oruclu, politoloq - Sputnik Azərbaycan
Ərəstun Oruclu, politoloq

Öztarsunun qənaətincə, bu insanlara müxtəlif yardımlar edilməli, onların görəcəyi işlərdən faydalanmaq üçün layihələr həyata keçirilməlidir: "Məsələn, boş ərazilərdə əkinə cəlb etmək olar və s. Yoxsa durduğumuz yerdə hər kəsə vətəndaşlıq paylamaq kimi məsələyə xalq da böyük təpki göstərər. Digər bir məsələ təhlükəsizliklə bağlıdır. Vətəndaşlıq verilən və terror təşkilatları ilə əlaqəsi olanların bir hissəsi xarici ölkələrdə terror törətdikdə, bunun məsuliyyətini kim öz üzərinə götürəcək?".

"Türkiyə Prezidenti bu məsələdə mütləq müəyyən kriteriyaların tətbiq edilməsi ilə bağlı təlimat verəcək. Çünki, bu, son dərəcə həssas məsələdir", — deyə o, əlavə edib.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da Türkiyədəki suriyalı qaçqınlara vətəndaşlıq verilməsini təhlükəli hesab edir. "Bu, ilk növbədə onların statusunun müəyyənləşməsinə gətirib çıxardacaq. Çünki, onların böyük əksəriyyətinin vətəndaşlığı və yaxud yaşayış hüququnun olmaması səbəbindən Türkiyədə işlə təmin oluna bilmir", — politoloq Sputnik-ə açıqlamasında bildirib.

İkinci tərəfdən, Ə. Oruclu hesab edir ki, sözügedən addım suriyalı qaçqınların cəmiyyətə inteqrasiyasına səbəb olacaq: "Suriyada yaxın 15-20 ildə vəziyyətin düzələcəyi inandırıcı görünmür. Bu da həmin insanların Türkiyəyə inteqrasiya olunmasına, Türkiyə vətəndaşı kimi artıq daimi yaşayış yeri seçməsinə gətirib çıxardacaq".

© azadliq.orgRauf Mirqədirov
Rauf Mirqədirov - Sputnik Azərbaycan
Rauf Mirqədirov

"Amma bunun mənfi tərəfləri də olacaq. Ola bilər ki, Suriyadan qaçqın axınının güclənməsi baş versin. İstənilən halda, Türkiyənin daxili siyasi durumuna bunun təsiri olacaq, yüksək ehtimalla daha çox mənfi təsirləri olacaq", — deyə siyasi şərhçi qeyd edib.

Politoloq Rauf Mirqədirov də Sputnik-ə açıqlamasında deyib ki, Türkiyədə sözügedən qərarın verilmişi ciddi problemlər yaradacaq: "Bu addım Suriya böhranını da həll etməyəcək. Türkiyə əhalisinin qaçqınlara münasibəti də birmənalı deyil. Onların yerləşdirilməsi, yaşayışla təmin edilməsi və s. çətin məsələdir".

"Bu manevr daxili auditoriyaya hesablanıb. Yəni Türkiyə iqtidarı bununla daxildəki mövqelərini möhkəmləndirməyə çalışır. Halbuki, bu cür davranış uzunmüddətli problem yaradacaq", — Mirqədirov vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kilisdə iftar yeməyi zamanı ilginc açıqlama verib. O, suriyalı qaçqınlara vətəndaşlıq verilməsi məsələsinə toxunarkən deyib: "Mən bu axşam burada qardaşlarıma bir müjdə vermək istəyirəm. Qardaşlarımızın içərisində inanıram ki, Türkiyə Respublikası vətəndaşı olmaq istəyənlər var. Mövzuyla əlaqədar olaraq Daxili İşlər Nazirliyimizin bu istiqamətdə atdığı addımlar var. Bu qardaşlarımıza bu köməyi, dəstəyi edərək, onlara vətəndaşlıq imkanını verəcəyik".

O, qeyd edib ki, evlərindən, yurdlarından didərgin olan suriyalıların sayı 5 milyona çatıb: "Bunun da 3 milyona yaxını İraq və Türkiyədədir".

Xəbər lenti
0