BAKI, 4 iyul — Sputnik. Bakıda mənzildən 70 min dollar və külli miqdarda qızıl oğurlanıb. Sputnik Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisəni törədən Gürcüstan vətəndaşı yaxalanıb.
Məlumata görə, iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Cahangir Əliyevin evindən 70 000 ABŞ dolları, 30 000 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamış Gürcüstan vətəndaşları Aqil Kərimov və Daşdəmir İsayev Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.
Hazırda faktla bağlı araşdırma aparılır.