BAKI, 4 iyul — Sputnik. Birləşmiş Ştatların Səudiyyə Ərəbistanındakı baş konsulluğu qarşısında özünü partlatmaq istəyən şəxs zərərsizləşdirilib. Sputnik Telegraph-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı polisi bazar ertəsi gecəsi Ciddə şəhərindəki ABŞ konsulluğu qarşısında özünü partlatmaq istəyən şəxsi vurub.
Silahlı şəxs Amerika diplomatik korpusu binasının yaxınlığına gələrək üzərindəki partladıcı maddəni işə salmaq istəyib. Lakin polis vaxtında atəş açaraq onu öldürüb.
Öldürülmüş şəxsin kimliyi isə hələlik açıqlanmayıb. Məlumata görə, hadisə zamanı iki polis əməkdaşı da yaralanıb.
Xatırladaq ki, ABŞ-ın Ciddədəki konsulluğu 2004-cü ildə də hücuma məruz qalmış, 9 nəfər həlak olmuşdu.