BAKI, 4 iyul — Sputnik. Polşa avqust ayınadək Avropa İttifaqı ölkələri olan Çexiya, Almaniya, Slovakiya, Litva ilə sərhəddə, eləcə də limanlar və aeroportlarda nəzarət tətbiq edəcək. Sputnik Ria-ya istinadən xəbər verir ki, bu tədbirlər Polşada iyulun 8-9-da NATO sammitinin, iyulun sonlarında isə Dünya Gənclər Gününün keçirilməsi ilə bağlıdır.
Nəzarət digər ölkələrin verdiyi məlumatların təhlilinə əsaslanaraq, fərdi qaydada müəyyən şəxslərə qarşı həyata keçiriləcək. Bu qayda avqustun 2-dək davam edəcək.