SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Əmin idik ki, gec-tez barışacaqlar"

© Photo : APAAzərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz Məmmədov: "Azərbaycan Prezidenti ilk vaxtlardan həm Türkiyə, həm də Rusiya rəhbərliyi ilə danışıqlarında qarşılıqlı anlaşmanın, qarşılıqlı inamın və əvvəl mövcud olan münasibətlərin bərpasının vacibliyini qeyd etmişdi"

BAKI, 3 iyul — Sputnik. "Azərbaycan Prezidenti Türkiyə-Rusiya münasibətlərinin bərpası üçün bir çox addımlar atdı". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə müsahibəsində deyib.

N. Məmmədov qeyd edib ki, Türkiyə və Rusiya həm yerləşdikləri regiona görə, həm də keçmiş tarixi əlaqələrinə görə daha çox bir-birinə yaxın, əməkdaşlıq edən dövlətlər olmalıdırlar: "Bu nöqteyi-nəzərdən biz əmin idik ki, gec-tez belə olacaq".

"Azərbaycan Prezidenti ilk vaxtlardan həm Türkiyə, həm də Rusiya rəhbərliyi ilə danışıqlarında belə bir situasiyada qarşılıqlı anlaşmanın, qarşılıqlı inamın və əvvəl mövcud olan münasibətlərin bərpasının vacibliyini qeyd etmişdir və bununla bağlı bağlı bir çox addımlar atmışdır. Bunu Türkiyə rəhbərliyi də qeyd etdi", — Administrasiya rəsmisi bildirib.

Xəbər lenti
0