BAKI, 3 iyul — Sputnik. Bağdadın mərkəzi Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 168 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Qeyd edək ki, iyulun 3-ə keçən gecə Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda dəhşətli terror aktı törədilib. Minalanmış avtomobil restoranın qarşısında partladılıb. İlkin məlumatlara görə, əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.