SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan, Gürcüstan və Ermənistan parlamentariləri arasında görüş keçirilib

© Photo : APAAzərbaycan, Ermənistan və Gürcüstan parlamentariləri arasında görüş keçirilib
Azərbaycan, Ermənistan və Gürcüstan parlamentariləri arasında görüş keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə Azərbaycan tərəfdən ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova, ATƏT PA-nın siyasi komitə sədrinin müavini Azay Quliyev iştirak edib

BAKI, 3 iyul — Sputnik. Tiflisdə keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyası çərçivəsində İsveçrə nümayəndə heyətininin rəhbəri Filip Lombardenin təşəbbüsü ilə İsveçrə, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətlərinin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova, ATƏT PA-nın siyasi komitə sədrinin müavini Azay Quliyev, Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyan, Gürcüstan tərəfdən parlamentdəki "Gürcü Arzusu" fraksiyasının sədri Giya Volski, deputat Tedo Caparidze və Azərbaycan deputatları iştirak ediblər.

Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan, Rusiya və İran arasında üçtərəfli sənəd imzalanıb

Görüşdə çıxış edən İsveçrə nümayəndə heyətinin rəhbəri Filip Lombarde Azərbaycan-Ermənistan arasında danışıqların gücləndirilməsi haqqında fikir və təkliflərini bildirib. O, təklif edib ki, danışıqların formatı dəyişdirilsin. A. Qeqamyan deyib ki, "əgər biz danışıqlarda irəli getmək və danışıqlarda "inqilab" etmək istəyiriksə, ağıllı "dayı" xalqın taleyini həll etməməlidir. Bizim prezidentlərimiz arasında ciddi danışıqlar gedir və tezliklə Fransa prezidenti də bu danışıqlara qoşulacaq. Mən istəyirəm ki, danışıqlarda Minsk Qrupunun üzvləri və Dağlıq Qarabağ nümayəndəsi də iştirak etsinlər".

B. Muradova çıxışında Dağlıq Qarabağın Azərbaycanın tərkibində olduğunu bildirib: "Dünyada heç bir dövlət Dağlıq Qarabağı tanımayıb və görüşlərdə Dağlıq Qarabağ nümayəndələrinin iştirakı mümkün deyil".

A. Quliyev isə görüşdə qeyd edib ki, bu görüş təşəbbüsünə etiraz etmirik: "İsveçrənin bu sahədə yaxşı təcrübəsi var. Hamımız bilirik ki, "Dağlıq Qarabağ Respublikası" və "Dağlıq Qarabağ xalqı' yoxdur. Bütövlükdə bu xoş təşəbbüsə zərər vermək lazım deyil".

Tədbirdə Gürcüstan parlamentinin və Gürcüstan parlamentinin "Gürcü Arzusu" nun fraksiya sədri Q. Volski və T. Caparidze də Ermənistan-Azərbaycan sülh danışıqları haqqında fikirlərini bildiriblər.

Xəbər lenti
0