BAKI, 3 iyul — Sputnik. Türkiyənin Adana şəhərində yerləşən Sabançı məscidində Cümə namazı zamanı gərgin anlar yaşanıb. Sputnik Türkiyə KİV-ə istinadən xəbər verir ki, məsciddə Cümə namazından öncə, namaza toplaşanlar arasından bir nəfər ayağa qalxaraq "özümü partladacağam" deyə qışqırıb.
Şübhəli şəxs məscidə toplaşanlar tərəfindən zərərləşdirilib. Məsciddə yoxlanış aparılıb. Hələlik həmin şəxsin üzərində bomba olub-olmadığı barədə heç bir məlumat verilməyib.