Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək

© Sputnik / Xalid MemmedovBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah paytaxt və yarımadada güclü şimal-qərb küləyi əsəcək. Rayonlarda qeyri-sabit hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 2 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada güclü şimal-qərb küləyi əsəcək.

Yağış. Arxiv şəkli - Sputnik Azərbaycan
Havanın temperaturu düşür, yağış qayıdır

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-30, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 03-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

Xəbər lenti
0