BAKI, 2 iyul — Sputnik. Məşhur türkiyəli müğənni Hadisə məhkəmədə uduzub. Sputnik siyasetinsesi.net-ə istinadən xəbər verir ki, müğənni, "Trendyol" markası ilə əməkdaşlıq haqda anlaşmanı pozduğuna görə məhkəmə tərəfindən cərimələnib.
"Trendyol"un təsisçisi "DSM Grup"un Hadisəyə qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı dünən qərar verilib. Məhkəmənin qərarına əsasən, Hadisə, 2012-ci ildə "Trendyol" markasının reklamını etməli olduğu və başqa markaları reklam etməməyə söz versə də, az keçmədən sözünü tutmadığı üçün, 250 min avro məbləğində cərimələnib.