18 yaşlı qızın mədəsini yaran həkimlər dəhşətə gəldilər

© Photo : ladyua.comUzun saç. Arxiv şəkli
Uzun saç. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun müddətdir, yemək yeyə bilməyən və çox zəifləyən qız əməliyyata alınıb və mədəsindən 2 kiloya yaxın saç çıxarılıb

BAKI, 2 iyul — Sputnik. Türkiyədə mədə ağrısı ilə xəstəxanaya müraciət edən xəstə, müayinə olunandan sonra həkimləri heyrətləndirib. Sputnik haberler.com-a istinadən xəbər verir ki, uzun müddətdir, yemək yeyə bilməyən və çox zəifləyən 18 yaşlı qız əməliyyata alınıb və mədəsindən 2 kiloya yaxın saç çıxarılıb.

Həkimlərin dediklərinə görə, "Rapunzel sendromu" adlı bu xəstəliyin kökündə psixoloji səbəblər durur. Belə xəstələr özləri də bilmədən öz saçlarını yeyirlər.

© Photo : haberler.com18 yaşlı qızın mədəsindən 2 kiloya yaxın saç çıxarılıb
18 yaşlı qızın mədəsindən 2 kiloya yaxın saç çıxarılıb - Sputnik Azərbaycan
18 yaşlı qızın mədəsindən 2 kiloya yaxın saç çıxarılıb

Bu, uzun müddət davam etdikdə ağır fəsadlara səbəb olur. Belə xəstəliklərin qarşısını almaq üçün həmin xəstələrə psixoloji yardım etmək lazımdır.

Xəbər lenti
0