ELM

Min nəfərə yaxın şagird imtahana gəlməyib

© Sputnik / Rahim MuradovBuraxılış imtahanı
Buraxılış imtahanı - Sputnik Azərbaycan
Abunə olmaq
9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının nəticələri elan edilib

BAKI, 2 iyul — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. TQDK-dan APA-ya verilən məlumata görə, imtahanlar Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb.

İmtahan - Sputnik Azərbaycan
ELM
"İmtahanların nəticəsi biabırçı mənzərə ortaya çıxaracaq"

9-cu sinif üzrə buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

İmtahanda iştirakı nəzərdə tutulan 24268 şagirddən 399 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 30 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqə müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

İmtahanda iştirakı nəzərdə tutulan 20954 şagirddən 356 nəfəri imtahana gəlməyib. 34 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. İştirakçılardan 41 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Xəbər lenti
0