Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkədə 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib

© Photo : REPORTDaxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Usubov: "Qeydə alınan cinayətlərin 88 faizi böyük ictimai təhlükə törətməyib, yalnız 12 faizi ağır və xüsusi ilə ağır cinayətlər olub"

BAKI, 2 iyul — Sputnik. "Azərbaycanda sabitlik və ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur. Azərbaycan Avropada sabitlik və təhlükəsizliyin qorunması sahəsində fərqlənir". Sputnik APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

R. Usubov deyib ki, bu illər ərzində cinayətlərin açılması orta hesabla 88 faiz olub: "Ağır və xüsusi ilə ağır cinayətlər törətmiş 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib, 15 mindən çox odlu silah yığılaraq təhvil verilib. Qeydə alınan cinayətlərin 88 faizi böyük ictimai təhlükə törətməyib, yalnız 12 faizi ağır və xüsusi ilə ağır cinayətlər olub".

Xəbər lenti
0