BAKI, 1 iyul — Sputnik. Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib. Bu barədə Sputnik-ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, baş vermiş qəza ilə əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 01-02 iyul 2016-cı il tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.