BAKI, 1 iyul — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2016-cı il iyul ayının 1-nə 4 mlrd. 283,9 mln. ABŞ dolları təşkil edib.
Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 236,3 mln. dollar və ya 1,99 dəfə azdır. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, may ayı ilə müqayisədə iyunda valyuta ehtiyatları 0,4 mln. manat və ya 0,01% azalıb.
Bununla da, valyuta ehtiyatlarında 3 aylıq artımdan sonra azalma qeydə alınıb.