BAKI, 1 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında "Böyük iyirmilik" (G-20) saamitindən əvvəl — bu ilin avqust ayında görüş baş tuta bilər.
Sputnik Ria-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra belə deyib.
"Biz məlum təyyarə hadisəsindən sonra münasibətlərin bərpası ilə bağlı bütün sahələri əhatə edən mövzuları müzakirə etdik. Görüş dostluq şəraitində keçdi. Hazırda Ərdoğanla Putinin avqustda Soçidə görüşünün reallaşmasını nəzərdən keçiririk. Rəcəb Tayyib Ərdoğan "G-20"nin sammitindən öncə görüşməyə hazırdır", — deyə nazir əlavə edib.
Qeyd edək ki, Putinlə Ərdoğanın sentyabrın 4-5-də Çində keçiriləcək "G-20"liyin zirvə toplantısı zamanı görüşəcəyi haqda xəbər yayılmışdı.