BAKI, 1 iyul — Sputnik. Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş başlayıb. Sputnik-in RİA-ya istinadən xəbər verir ki, nazirlərin görüşünə 40 dəqiqə vaxt ayrılıb.
Sergey Lavrov ilə Mövlud Çavuşoğlunun görüşündə müzakirə olunacaq əsas məsələlərdən biri Suriya mövzusu və iki dövlətin münasibətlərinin bərpası yollarıdır.