Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Maşın bazarı"nı kim yandırdı - sensasiyalı ittiham

© Sputnik / Fuad Hasanov"8-ci kilometr" qəsəbəsində yerləşən, keçmiş "maşın bazarı"
8-ci kilometr qəsəbəsində yerləşən, keçmiş maşın bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
Bazarda çalışanların sözlərinə görə, yanan əraziyə sahiblənmək üstündə bir neçə iri biznesmen mübarizə aparırmış və hadisə qəsdən törədilib

BAKI, 1 iyul — Sputnik. "8-ci kilometr" qəsəbəsində yerləşən, keçmiş "maşın bazarı"nda güclü yanğın olması barədə xəbər vermişik. Bu gün səhər saatlarında isə mağazaları külə dönən sahibkarlar bazarın qarşısına toplaşaraq etiraza başlayıblar.

Mağaza sahiblərinin Sputnik-ə verdikləri məlumata görə, yanğın qəsdən törədilib. Sahibkarların çoxu hadisəyə görə bazarın sahibi Rasim Salmanovu günahlandırır.

Vüsal Həsənov adlı sahibkar, mağazasında 1 çöp belə, qalmadığını, yarım milyon manat ziyana düşdüyünü iddia edib. O, dövlətdən təzminat tələb edəcəklərini qeyd edib: "Ayda 1200 manat arendaya pul verirdik. Bunlar heç bir dükanı sığortalamayıblar. Yarım milyon manat dəyərində malım külə dönüb".

"İndi mən nə edəcəm? Kimə üz tutacağımızı bilmirik. Təzminat tələb edəcəyik, amma bilmirik kimdən? Allah Rasimin başına daş salsın", — sahibkar şikayətini belə ifadə edib.

Digər bir sahibkar Anar Eyvazlı Sputnik-ə açıqlamasında ona dəyən zərərin 250 min manat məbləğində olduğunu deyib: "20 ildə çəkdiyimiz əziyyət 2 saatda yox oldu. Bütün pullarımız, malımız 2 saatda külə döndü. Həqiqətən nə baş verdiyini anlaya bilmirəm. Durduğumuz yerdə bu hadisə necə baş verdi, mənə hələ də çatmır".

© Sputnik / Fuad HasanovBu gün səhər saatlarında mağazaları külə dönən sahibkarlar bazarın qarşısına toplaşaraq etiraza başlayıblar.
Bu gün səhər saatlarında mağazaları külə dönən sahibkarlar bazarın qarşısına toplaşaraq etiraza başlayıblar - Sputnik Azərbaycan
1/10
Bu gün səhər saatlarında mağazaları külə dönən sahibkarlar bazarın qarşısına toplaşaraq etiraza başlayıblar.
© Sputnik / Fuad HasanovMağaza sahiblərinin verdikləri məlumata görə, yanğın qəsdən törədilib.
Mağaza sahiblərinin verdikləri məlumata görə, yanğın qəsdən törədilib - Sputnik Azərbaycan
2/10
Mağaza sahiblərinin verdikləri məlumata görə, yanğın qəsdən törədilib.
© Sputnik / Fuad HasanovSahibkarların çoxu hadisəyə görə bazarın sahibi Rasim Salmanovu günahlandırır.
Sahibkarların çoxu hadisəyə görə bazarın sahibi Rasim Salmanovu günahlandırır - Sputnik Azərbaycan
3/10
Sahibkarların çoxu hadisəyə görə bazarın sahibi Rasim Salmanovu günahlandırır.
© Sputnik / Fuad HasanovVüsal Həsənov – sahibkar.
Vüsal Həsənov – sahibkar - Sputnik Azərbaycan
4/10
Vüsal Həsənov – sahibkar.
© Sputnik / Fuad HasanovVüsal Həsənov:"Ayda 1200 manat arendaya pul verirdik. Bunlar heç bir dükanı sığortalamayıblar. Yarım milyon manat dəyərində malım külə dönüb".
Vüsal Həsənov:Ayda 1200 manat arendaya pul verirdik. Bunlar heç bir dükanı sığortalamayıblar. Yarım milyon manat dəyərində malım külə dönüb - Sputnik Azərbaycan
5/10
Vüsal Həsənov:"Ayda 1200 manat arendaya pul verirdik. Bunlar heç bir dükanı sığortalamayıblar. Yarım milyon manat dəyərində malım külə dönüb".
© Sputnik / Fuad HasanovSahibkar: "İndi mən nə edəcəm? Kimə üz tutacağımızı bilmirik. Təzminat tələb edəcəyik, amma bilmirik kimdən?".
Sahibkar: İndi mən nə edəcəm? Kimə üz tutacağımızı bilmirik. Təzminat tələb edəcəyik, amma bilmirik kimdən? - Sputnik Azərbaycan
6/10
Sahibkar: "İndi mən nə edəcəm? Kimə üz tutacağımızı bilmirik. Təzminat tələb edəcəyik, amma bilmirik kimdən?".
© Sputnik / Fuad HasanovAnar Eyvazlı: "20 ildə çəkdiyimiz əziyyət 2 saatda yox oldu"
Anar Eyvazlı: 20 ildə çəkdiyimiz əziyyət 2 saatda yox oldu - Sputnik Azərbaycan
7/10
Anar Eyvazlı: "20 ildə çəkdiyimiz əziyyət 2 saatda yox oldu"
© Sputnik / Fuad HasanovSahibkarların sözlrinə görə yanan əraziyə sahiblənmək üstündə bir neçə iri biznesmen mübarizə aparırmış.
Sahibkarların sözlrinə görə yanan əraziyə sahiblənmək üstündə bir neçə iri biznesmen mübarizə aparırmış - Sputnik Azərbaycan
8/10
Sahibkarların sözlrinə görə yanan əraziyə sahiblənmək üstündə bir neçə iri biznesmen mübarizə aparırmış.
© Sputnik / Fuad HasanovHazırda ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
Hazırda ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi üzrə işlər aparılır - Sputnik Azərbaycan
9/10
Hazırda ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
© Sputnik / Fuad HasanovYanan əraziyə heç kim buraxmırlar.
Yanan əraziyə heç kim buraxmırlar - Sputnik Azərbaycan
10/10
Yanan əraziyə heç kim buraxmırlar.
1/10
Bu gün səhər saatlarında mağazaları külə dönən sahibkarlar bazarın qarşısına toplaşaraq etiraza başlayıblar.
2/10
Mağaza sahiblərinin verdikləri məlumata görə, yanğın qəsdən törədilib.
3/10
Sahibkarların çoxu hadisəyə görə bazarın sahibi Rasim Salmanovu günahlandırır.
4/10
Vüsal Həsənov – sahibkar.
5/10
Vüsal Həsənov:"Ayda 1200 manat arendaya pul verirdik. Bunlar heç bir dükanı sığortalamayıblar. Yarım milyon manat dəyərində malım külə dönüb".
6/10
Sahibkar: "İndi mən nə edəcəm? Kimə üz tutacağımızı bilmirik. Təzminat tələb edəcəyik, amma bilmirik kimdən?".
7/10
Anar Eyvazlı: "20 ildə çəkdiyimiz əziyyət 2 saatda yox oldu"
8/10
Sahibkarların sözlrinə görə yanan əraziyə sahiblənmək üstündə bir neçə iri biznesmen mübarizə aparırmış.
9/10
Hazırda ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
10/10
Yanan əraziyə heç kim buraxmırlar.

Bazarda işləyən, amma adının açıqlanmasını istəməyən bəzi sahibkarlar isə ilginc iddia səsləndiriblər. Onların sözlərinə görə, yanan əraziyə sahiblənmək üstündə bir neçə iri biznesmen mübarizə aparırmış.

"Güman edirik ki, bazar onların mübarizəsinin qurbanı oldu. Kimsə bu ərazini ələ keçirmək istəyir", — Sputnik-ə danışan sahibkarlar bildiriblər.

Hazırda ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi üzrə işlər aparılır. Bazarın girişində post quran Xətai Rayon Polis İdarəsinin əməkdaşları yanan əraziyə heç kim buraxmırlar.

İlkin ehtimala görə, yanğına qısa elektrik qapanması səbəb olub. Ancaq satıcılar iddia edirlər ki, yanğın zamanı, yəni axşam saat 20:00-da bazarda işıqlar sönülü olub və hadisənin bu səbəbdən baş verməsinə inanmırlar.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 3000 kv.m olan avtomobil ehtiyat hissələri satışı bazarında mağazaların, piştaxtaların yanar konstruksiyaları və içərisində olan müxtəlif boyalar və avtomobil ehtiyat hissələri olan 930 kv.m sahəsi yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0