CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda əhalinin ən çox narazılığına səbəb olan bank

© Photo : STRBank əməliyyatları
Bank əməliyyatları - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ay elektron mediada banklarla əlaqəli 23235 xəbər yerləşdirilib. Bu xəbərlərdən 10800 xəbərdə konkret bank adı çəkilib: 10515-i neytral, 285-i isə mənfi xəbərdir.

BAKI, 1 iyul — Sputnik. Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin iyun ayı üzrə banklar ilə bağlı olaraq analiz işini yekunlaşdırıb. MTM-dən Sputnik-ə verilən məlumata görə, 2016-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 23235 xəbər yerləşdirilib — bu xəbərlərdən 10800 xəbərdə konkret bank adı çəkilib: 10515-i neytral, 285-i isə mənfi xəbərdir.

Sputnik Azərbaycan mətbuat mərkəzi - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Banklarla nə baş verir?

Mənfi xəbərlər arasında "liderlər": DəmirBank (63 xəbər — Dəmirbank maxinasiyalari: dələduzluq etmək istəyən bu banka gəlsin), Unibank Kommersiya Bankı (40 xəbər — Unibankın intihar üsulu: insanlar banka görə ölümə hazırlaşır — şok), Zaminbank (30 xəbər — Zamin Bankda müdhiş dələduzluq).

1. Beynəlxalq Bank 1970 xəbər
2. Kapital Bank 840 xəbər
3. DəmirBank 512 xəbər
4. Bank of Baku 458 xəbər
5. Unibank Kommersiya Bankı 456 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1952 xəbər dərc edilib — 565 xəbərdə konkret bankın adı hallanıb.

Bu xəbərlərdən 562 xəbər neytral, 3-ü isə mənfi xəbərdir. DəmirBank (1 xəbər — Dəmirbank əmanətçilərin şikayətlərini təmin etmir), TuranBank (1 xəbər — Turanbankın yalan vədləri), Unibank Kommersiya Bankı (1 xəbər — Ölü bankların sayı artır) mənfi xəbərlər arasında liderdir.

Xəbər sayına görə sıralama:

1. Beynəlxalq Bank 176 xəbər

“Accessbank”-ın  İmişli Rayon filialı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bank ölüyə qarşı iddia qaldırdı, məhkəmə cərimə kəsdi

2. Kapital Bank 48 xəbər
3. PAŞA Bank 30 xəbər
4. VTB Bank 28 xəbər
5. Bank Respublika 22 xəbər

İyun ayında televiziya kanallarında banklar haqqında 419 neytral xəbər göstərilib — 46 xəbərdə hər hansı bankın adı çəkilib. 

Xəbər sayına görə sıralama:

1. Beynəlxalq Bank 15 xəbər
2. Bank Standard 8 xəbər
3. Azər-Türk Bank 6 xəbər
4. DəmirBank 3 xəbər
5. Caspian Development Bank 3 xəbər

İyun ayında radio kanallarında banklar haqqında xəbər səslənməyib.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Xəbər lenti
0