BAKI, 30 iyun — Sputnik. Ötən ilin noyabrında Rusiyanın "Su-24" təyyarəsinin türk qırıcısı tərəfindən vurulması ilə kəskinləşən münasibətlərədn sonra, Ankaranın əlaqələri bərpa etmək istəyinə Moskva pozitiv yanaşdı. Dialoqun bərpa edilməsində həlledici faktor prezident Rəcəb tayyib Ərdoğanın Moskvanın yeddi aydır gözlədiyi üzrxahlığı etməsi oldu.
Bunun ardınca iki ölkə lideri arasında 40 dəqiqədən çox davam edən telefon danışığı zamanı ikitərəfli əlaqələrin bütün istiqamətlərinin yaxın perspektivdə tezliklə barpa edilməsi üçün təxirəsalınmaz addımların atılması ilə bağlı prinsipial razılıq eldə edildi. Artıq Rusiya Prezidentinin göstərişindən sonra hökumət turizm sahəsində Türkiyəyə qarşı tətbiq edilmiş inzibati məhdudiyyətlərin aradan qaldırılması üçün hərəkətə keçib.
İki ölkə liderinin yaxın vaxtlarda görüşünün razılaşdırılması isə heç də az əhəmiyyət kəsb etməyən faktordur. Sonuncu dəfə prezidentlər noyabr ayında Antalyada baş tutan "Böyük iyirmilik" sammitində bir araya gəlmişdilər.
Rusiya Prezidentinini sözçüsü Dmitri Peskov deyib ki, dövlət başçılarının görüşü diplomatik kanallar vasitəsi ilə müəyyənləşdiriləcək. Türkiyə mətbuatının verdiyi məlumata görə, Ərdoğan və Putinin sentyabrın 4-5-də Çində keçiriləcək "Böyük iyirmilik" samiti zamanı təması gözlənilir.
Kremlin mətbuat xidmnətinin yaydığı məlumata görə, iki ölkəninin xarici siyasət idaralərinin rəhbərlərinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iyulun 1-də Soçidə keçiriləcək iclasında görüşü olacaq.
Az əhəmiyyət kəsb etməyən bir faktı da vurğulamaq lazımdır ki, İstanbul aeroportunda baş vermiş terorr aktından sonra baş nazir Dmitri Medvedyev qlobal terorrizmlə mübarizədə iki ölkənin əməkdaşlığnın zəruri olduğunu vurğulayıb. "Bu cinayəti qəti şəkildə pisləyirik. Baş vermiş hadisə bir daha göstərdi ki, dünya ictimaiyyəti beynəlxalq terorrizmlə mübarizədə səylərini birləşdirməlidir", — Medvedyevin türkiyəli həmkarı Binəli Yıldırıma göndərdiyi teleqramda deyilir.
Baş nazirin müavini Arkadi Dvorkoviç isə deyib ki, Türkiyə mallarına embarqonun aradan qaldırılması ilə yanaşı, bu ölkəyə yaxın vaxtlarda çarter reyslərinin bərpa edilmsi də baş tutacaq.
Hələ ki Rusiyanını turizm agentlikləri yeniliyə səbrlə yanaşır. Baxmayaraq ki, Türkiyənin istirahət mərkəzlərində heç vaxt terror aktı törədilməyib, amma bunun baş verməyəcəyinə yüz fazili zəmanət də yoxdur.
"Türkiyənin turizm zonalarında olmasa da, hər halda son vaxtlar digər ərazilərdə bir sıra terror hadisələri baş verib. Təhlükəsizlik məsələsi rus turistlərin bu istiqaməti seçməsi üçün vacib amillərədn biridir", — Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina Sputnik-ə açıqlamasında belə deyib.
"Kommersant" qəzeti isə xəbər verir ki, Rusiya hökuməti artıq sanksiyaların götürülməsi istiqamətində addımlar atmağa başlayıb. Türk tikinti şirkətlərinin əvvəlki templə layihələrini davam etmələri, təxminən iki həftədən sonra mümkün olacaq. Elə bu müddət ərzində də idxal olunan ərzaq məhsullarına qoyulan qadağa aradan qaldırılacaq.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozduğu iddia olunan Rusiyanın "Su 24" qırıcısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub.
Rusiya prezidenti Vladimir Putin bu addıma çox kəskin reaksiya verərək, bunu "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdı. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.
İyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Su-24" hərbi təyyarəsinin pilotunun vurulması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib və ölən pilotun ailəsindən üzr istəyib. Ərdoğan məktubunda Rusiyanı Türkiyənin dostu və müttəfiqi adlandırıb.