BAKI, 29 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra, rus turistlərin bu ölkəyə getməsini qadağan edən qanunun ləğvi barədə göstəriş verib. Sputnik Anadolu ajansına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat mərkəzi məlumat yayıb.
Bundan başqa Vladimir Putin, Türkiyə ilə əlaqələrin əvvəlki səviyyəyə qalxması barədə də hökumətə göstəriş verib. Rusiya Prezidenti türk rəsmilərdən rus turistlərin təhlükəsizliyinin təmin edilməsini də istəyib.