BAKI, 30 iyun — Sputnik. ABŞ Senatı 2017-ci il üçün Azərbaycana 10.9 milyon dollar, Ermənistana isə 24.1 milyon dollar həcmində maliyyə yardımının ayırılması haqda sənədi təsdiqləyib. "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsinə Azərbaycan və Ermənistan üçün bərabər həcmdə, hər birinə 22 milyon dollar maliyyə yardımı ayrılması təklif edilirdi.