Türkiyədə daha iki dəhşətli terrorun qarşısı alındı

© joemiller.usİŞİD terror təşkilatı
İŞİD terror təşkilatı - Sputnik Azərbaycan
Abunə olmaq
İki İŞİD terrorçusu Türkiyəyə girmək istəyərkən sərhəddə öldürülüb. onlar Ankara və Adanada özlərini partladaraq, terror törətməyi planlaşdırıblar.

BAKI, 30 iyun — Sputnik. Türkiyə-Suriya sərhədini qanunsuz yolla keçib, partlayış törətmək istəyən iki terrorçu-kamikadze türk əsgərləri tərəfindən öldürülüb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, onlar sərhədi qanunsuz yolla keçdikdən sonra, edilən xəbərdarlıqlara məhəl qoymayaraq qaçmağa başlayıblar. Bundan sonra əsgərlər atəş açaraq onları zərərsizləşdiriblər.

Araşdırmalar nəticəsində hər iki terrorçunun Suriya vətəndaşı və terrorçu İŞİD qruplaşmasının tərəfdarı olduğu müəyyən edilib. Terrorçulardan birinin üzərində 2016-cı il iyunun 21-də Suriya paytaxtı Dəməşqdən ölkənin Kamışlı şəhərinə təyyarə ilə gəldiyini təsdiqləyən bilet aşkar edilib.

Kəşfiyyat məlumatına görə, onlar Ankara və Adanada özlərini partladaraq, terror törətməyi planlaşdırıblar.

Xəbər lenti
0