BAKI, 30 iyun — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək. Sputnik Ria-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın ABŞ-dakı səfiri Arçil Qeqeşidza yerli telekanala müsahibəsində bidlirib.
Onun sözlərinə görə, Con Kerri Gürcüstan rəhbərliyi ilə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək.
Qeyd edək ki, 2009-cu ilin yanvarında Vaşinqtonda ABŞ-la Gürcüstan arasında Strateji tərəfdaşlığa dair Xartiya imzalanıb. Həmin sənəddə təhlükəsizlik, müdafiə, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
Hər il ABŞ və Gürücüstanda işçi qrupun plenar sessiyası keçirilir. Növbəti iclas iyulun 6-da Tbilisidə Con Kerri və Gürcüstanın baş naziri Georgi Kvirkaşvilinin iştirakı ilə keçiriləcək.