BAKI, 29 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefon danışığında İstanbul aeroportundakı terror aktını müzakirə edib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, söhbət zamanı Obama İstanbul hava limanındakı terror aktını pisləyib və Türkiyə Prezidentinə başsağlığı verib.
Xatırladaq ki, dünən gecə İstanbul Atatürk Beynəlxalq Hava Limanında baş verən terrok aktı nəticəsində 41 nəfər ölmüş, 369 nəfər yaralanmışdı. Baş nazir Binəli Yıldırım terrorun "İslam dövləti" terror qruplaşması tərəfindən törədildiyini demişdi.