Türkiyədə terror qurbanlarının sayı 41-ə çatdı

© Hadisə şahidinin çəkdiyi fotoAtatürk aeroportunda insanlar partlayışdan sonra
Atatürk aeroportunda insanlar partlayışdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə İstanbul valiliyi açıqlama verib. Valilikdən bildirilib ki, yaralananların müalicəsi davam etdirilir.

BAKI, 29 iyun — Sputnik. İyunun 28-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyi açıqlama verib. Valilikdən bildirilib ki, yaralananların müalicəsi davam etdirilir.

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. Son məlumatlara görə, baş vermiş terror aktı zamanı 147 nəfər də yaralanıb.

Xəbər lenti
0