BAKI, 29 iyun — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 28-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş vermiş dəhşətli aktlarını kəskin şəkildə pisləyən bəyanat yayıb. Sputnik XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatda deyilir: "Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir", — deyə məlumatda vurğulanır.
"Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edirik"
10:58 29.06.2016 (Yenilənib: 20:36 16.11.2021)
© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
© Sputnik / Murad Orujov
Abunə olmaq
Azərbaycan XİN İstanbulda baş vermiş qanlı terror aktlarına sərt reaksiya verib: "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir"