BAKI, 29 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət və güc strukturlarının rəhbərliyinin iştirakı ilə təcili toplantı keçirir. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror aktından sonra Türkiyə Prezidenti təcili iclas çağırıb. İclasda Baş nazir Binəli Yıldırım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar iştirak edirlər.
Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktlarında ölənlərin sayı 28-ə çatıb. Sputnik xəbər verir ki, bu barədə İstanbul valisi Vasip Şahin məlumat verib.
Türkiyənin rəsmi Anadolu Agentliyi baş vermiş terror hadisəsi zamanı 6-sı ağır olmaqla 60 yaralı olduğunu bildirib. Yaralılar patlayışdan sonra əraziyə cəlb edilmiş 49 təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıb.