İstanbul aeroportunda 3 canlı bomba

© REUTERS / Ismail Coskun/IHLAS News AgencyTürkiyədə terror
Türkiyədə terror - Sputnik Azərbaycan
Abunə olmaq
Vasip Şahin: "Hava limanının xarici uçuşlar terminalının gəliş qatındakı sərnişin qarşılama salonunun girişində ard-arda 3 canlı bomba terror hadisəsi törədib"

BAKI, 29 iyun — Sputnik. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş vermiş terror hadisəsinin 3 canlı bomba vasitəsilə törədildiyi ehtimal edilir. APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bunu İstanbul valisi Vasip Şahin deyib.

Vali bildirib ki, bu gün Hava limanının xarici uçuşlar terminalının gəliş qatındakı sərnişin qarşılama salonunun girişində ard-arda 3 canlı bomba terror hadisəsi törədib.

Qeyd edək ki, terror nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

Xəbər lenti
0