BAKI, 29 iyun — Sputnik. İstanbulun Atatürk Beynəlxalq Hava Limanında terror aktını törədənlərin xaric ölkədən gəldiyi iddia olunur. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular aeroporta xarici ölkədən təyyarə ilə gəliblər.
İddia olunur ki, təyyarədən enən terrorçular Xarici aviareyslər terminalında hazırlaşdıqdan sonra partlayış törədiblər. Onların AK tipli avtomatları və partlayıcı qurğuları təyyarə ilə necə gətirdiyi isə sual altındadır.