"Terrorçu özünü bizim yaxınlığımızda partlatdı"

© Фото очевидцаTürkiyədə terror
Türkiyədə terror - Sputnik Azərbaycan
Abunə olmaq
Dəhşətli olayın şahidi olan azərbaycanlı: "Partlayışdan sonra ərazidə atəş səsləri də eşidildi. İnsanlar atəş səslərindən təlaş keçirərək qaçır, ərazidən uzaqlaşmağa çalışırdılar"

BAKI, 29 iyun — Sputnik. "İstanbulun Atatürk Beynəlxalq Hava Limanında idik. Birdən partlayış səsi eşidildi. İkinci partlayış yaxınlığımızda baş verdi".

Bu sözləri "Report"un Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında baş vermiş terror aktının şahidi olmuş əməkdaşı deyib. O bildirib ki, partlayış hadisəsi onun yaxınlığında baş verib: "Terrorçu özünü bizim yaxınlığımızda partlatdı. Hadisə hava limanının terminalında baş verdi. Partlayışın təsirindən hamımız yerə yıxıldıq".

Bununla yanaşı, partlayışdan sonra ərazidə atəş səsləri də eşidilib: "Hava limanındakı insanlar atəş səslərindən təlaş keçirərək qaçır, ərazidən uzaqlaşmağa çalışırdılar. Polis əməkdaşları da terroçuya atəş açdı. Terrorçu tək deyildi. Onlar bir neçə nəfər idilər".

Xəbər lenti
0