Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Knyaz"ın son günü...

© WikipediaAzərbaycan quruluşçu kino rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə
Azərbaycan quruluşçu kino rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə - Sputnik Azərbaycan
Abunə olmaq
5 il əvvəl bu gün görkəmli quruluşçu kino rəssamımız dünyasını dəyişib

BAKI, 29 iyun — Sputnik. Azərbaycan quruluşçu kino rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində doğulub.

Xalq Artisti Səyavuş Aslan - Sputnik Azərbaycan
Üç il oldu

1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.

Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü deyib. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar.

O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir. Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat edib.

Kinorejossor Şamil Nəcəfzadənin atasıdır. Rejissor Günel Nəcəfzadənin babasıdır.

Xəbər lenti
0